Arxiv
10 Fervral 2019, 14:18 | AKTUAL
Azərbaycanı iki yerə parçalayan Türkmənçay

Fevralın 10-da Azərbaycanı rusların və farsların əliylə ikiyə bölən “Türkmənçay” müqaviləsinin bağlanmasından 191 il ötür. 
XIX yüzilin başlanğıcında Azərbaycan xanlıqlardan ibarət idi. Azərbaycan xanlarının çoxusu bir-birlərindən qorunmaq üçün qıraqdan özlərinə qəyyum axtarmağa başlamışdılar. Belədə İranla Rusiya fəlakətli durumdan ustalıqla yararlanaraq Azərbaycanı savaş meydanına çevirdilər. 
1813-cü ildə Rusiya ilə İran arasında bağlanan “Gülüstan” sülh müqaviləsinin şərtlərini pozan tərəflər yenidən iki illik savaşdan sonra – 1828-ci il fevralın 10-da bağlanan “Türkmənçay” müqaviləsi ilə Azərbaycanın ərazisini Araz çayı sərhəd olmaqla quzeyə və güneyə böldülər. (Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıblar.) Bununla da son 200 illlik dönəmdə yurdumuzun həm güneyində, həm də quzeyində baş verən faciəli olayların yaranması üçün böyük, indiyə kimi davam edən milli fəlakətin özülü qoyuldu.

***


“Türkmənçay”dan öncə Azərbaycanın ərazisi 410 min kv. km olub. Bu müqavilə ilə Azərbaycan türklərinin bütöv tarixi torpaqları parçalandı və indi də özümüzə gələ bilmirik. 
1991-ci ilin oktyabrında tarixi torpaqlarımızın bir parçasında müstəqil Azərbaycan dövlətini qurduq. Bu, bizim üçün indiki durumda böyük sərvətdir. Dövlətimizin olması əslində millətimizin – Azərbaycan türklərinin dünyada varlığının ən ali təsdiqidir. Ancaq müstəqillikdən sonra arxayınlaşma baş verdi, çağdaş dünyanın pulçuluq, təbəqəçilik, çoxrəylilik oyunları milli duyğuları üstələdi. Sonucda Azərbaycanın bütövləşməsi ilə bağlı ulusal duyğularımız qımıltıdan, sadəcə, istəkdən o yana getmədi...

***


Xalq bilməlidir ki, Türkmənçay faciəsi 20 Yanvar, Xocalı, ümumən Qarabağ faciəsindən min qat ağırdır və onların yaranmasının başlıca səbəblərindən biridir. 
Bir-iki yazını çıxmaqla mətbuatda və telekanallarda nə “Gülüstan”, nə də “Türkmənçay” faciələri kimsənin yadına düşmür, gündəmə gətirilmir. Ona görə də “Türkmənçay” müqaviləsinin imzalandığı gün – 10 Fevral Azərbaycanın Parçalandığl gün kimi qeyd olunmalıdır. Hər il bu tarix kütləvi informasiya vasitələrində ayrıca olaraq bilinməli, təbliğ edilməlidir. Adıçəkilən faciə mövzusunda tədbirlər keçirilməli, ictimai mühitdə müzakirə mövzusuna çevrilməlidir. Əgər faciələrimizi dərk etməsək, sabah bundan da çətin durumlara düşəcəyik.
Güney Azərbaycanda yaşayan soydaşlarımıza doğmalığımız artmalıdır. Bu gün güneylilərə burada – Quzeydə də fars təbliğatına uyğun çox zaman millət anlamında “iranlı” deyilir. Bu yanlış yanaşma aradan qaldırılmalıdır. Güneylilər də özlərini millət anlamında “iranlı” saymamalıdırlar.

***


Azərbaycanın dərdlərilə dünya oyun oynayır: Qarabağ problemi beynəlxalqlaşdığı dərəcədə çözümü mümkünsüzləşir.
Bir millət olaraq varlığımızı təsdiq etmək istəyiriksə, o zaman tarixdən dərs almalıyıq. Faciələrini unudan millət var olmur. Türklərin tarix boyunca faciələrlə üz-üzə qalması həm də dünyanın türkü sevməməsilə bağlıdır.
Azərbaycanın faciələri bütün Türk Dünyasının faciəsi sayılmalıdır. Yurdumuzun varlığı Azərbaycanın birliyinin, bütövlüyünün təsdiqindən keçir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Üç uşaq anası evdən niyə qacıb? - Kənd icra nümayəndəsi: “O hadisəyə görə izahatı alınmışdı” - YENİLƏNİB 22 Avqust 2019, 11:27 Qubada 100-ə qədər gənc “Vətən bizə əmantədir” yay düşərgəsinə qatıldı 22 Avqust 2019, 11:24 “Kənddən Şəhərə” yarmarkası davam edir 22 Avqust 2019, 11:19 Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub 22 Avqust 2019, 11:08 Nazilikdən yeni layihə 500 nəfər əlil kiçik biznesini quracaq 22 Avqust 2019, 11:06 Azərbaycanda xəstənin cinsi fəaliyyəti bərpa olundu - Unikal ƏMƏLİYYAT 22 Avqust 2019, 10:46 Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA 22 Avqust 2019, 10:42 Peşə məktəblərinə qəbul olunanların qeydiyyatı başlayır 22 Avqust 2019, 10:35 MiQ-29 təyyarəsinin qəza SƏBƏBİ rəsmən açıqlandı - “Qara qutu” OXUNDU 22 Avqust 2019, 10:29 Yardımlı dağlarında YANĞIN başladı 22 Avqust 2019, 10:25 Deputatları Qafqaz Müsəlmanları İdarəsinə ÇAĞIRDILAR 22 Avqust 2019, 10:23 Elçibəy PARADOKSU 22 Avqust 2019, 10:05 Azərbaycanda zəlzələ oldu: 3-4 bal 22 Avqust 2019, 10:02 Ermənistan atəşkəsi 20 dəfə pozdu 22 Avqust 2019, 09:58 Bu gün bir neçə rayonda qaz olmayacaq 22 Avqust 2019, 09:52 Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52