Modern.az

Deputat fəlakət zonasına su aparan şirkətlərə diplom verib

Deputat fəlakət zonasına su aparan şirkətlərə diplom verib

21 May 2010, 19:57

Modern.az-ın xəbər verdiyi kimi, Azərbaycanda içməli, sərinləşdirici su istehsalçısı olan bəzi şirkətlər Sabirabad rayonunun seldən zərər çəkən əhalisinin yerləşdirildiyi çadır düşərgəsinə 25 tondan çox qablaşdırılmış su yardımı aparmışdı.

Milli Məclisin deputatı Nazim Məmmədovun təşəbbüsü və “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədovun təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirinə Azərbaycanda fəaliyyət göstərən, su istehsalçısı olan şirkətlərdən bir qismi qoşulmuşdu.

Bu gün həmin su şirkətlərinə ( Naxçıvandan “Badamlı”, “Sirab”, Qazaxdan “Damla”, “Həyat”, Gədəbəydən “Slavyanka 1”, Qaxdan “Unikal” MMC, Bakıdan  “Aqua vita”) millət vəkli Nazim Məmmədov tərəfindən fəxri diplom verilib.

Bu barədə məlumatı saytımıza “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədov verib. O qeyd edib ki, millət vəkili həmin şirkətlərə diplom verib, öz minnətdarlığını bildirib: “Eyni zamanda bu su şirkətlərinin nümayəndələri də çətin anlarda hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirdilər. Öz növbəsində onlar da millət vəkili Nazim Məmmədova öz təşəkkürlərini bildirdilər”. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi