Modern.az

Kəlbəcərdə "Niva" çaya aşdı - Sürücü xəsarət aldı

Kəlbəcərdə "Niva" çaya aşdı - Sürücü xəsarət aldı

Hadisə

8 May 2025, 10:12

Kəlbəcərədə minik maşını çaya aşıb.

Modern.az-ın məlumatına görə, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

"Niva " markalı minik maşını idarəetmədən çıxaraq çaya aşıb. Sürücü, Kəlbəcər şəhər sakini 1985-ci il təvəllüdlü E. Nadirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?