Modern.az

Bakıdan Pakistanla Hindistana uçuşlar BƏRPA EDİLİR

Bakıdan Pakistanla Hindistana uçuşlar BƏRPA EDİLİR

Aktual

12 May 2025, 14:17

Azərbaycandan Pakistan və Hindistana uçuşlar bərpa edilir.

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" məlumat yayıb.

"Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - məlumatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı