Modern.az

Səlim Müslümov Nazirliyin Binəqədi şöbəsinin rəisini vəzifəsindən azad edib

Səlim Müslümov Nazirliyin Binəqədi şöbəsinin rəisini vəzifəsindən azad edib

Təhsil

11 Fevral 2014, 14:16


Modern.
az-a məlumatına görə, Binəqədi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi Yasin Rüstəmov tutduğu vəzifədən azad edilib.
Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsinin mətbuat katibi Elman Babayev də təsdiqləyib. Amma o, Y.Rüstəmova başqa vəzifə verildiyini bildirib. Belə ki, nazir Səlim Müslümovun müvafiq əmri ilə, Yasin Rüstəmov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Şəmkir rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi təyin olunub.
Hazırda Binəqədi rayonu  Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi vəzifəsini müavin icra edir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır