Modern.az

"Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə II Milli Çempionat başladı

"Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə II Milli Çempionat başladı

22 May 2010, 19:27

Mayın 22-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və  “Atəşgah İntellektual Oyunlar Kulubu” İctimai Birliyin təşkilatçılığı ilə “Park İnn” otelinin “Dan ulduzu” zalında Respublika gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan dilində II Azərbaycan çempionata start verildi.

Modern.az xəbər verir ki, «Nə? Harada? Nə zaman?» Klublarının Beynəlxalq Assosiasiyasının təsisçilərindən biri olan «Atəşgah» Assosiasiyanın ona təqdim etdiyi lisenziya əsasında keçirilən bu ümumrespublika miqyaslı mötəbər rəsmi yarışda ölkəmizin müxtəlif regionlarının 20-dən çox ən güclü komandası çempion adı uğrunda mübarizə aparır. Çempionatın məqsədi yeni nəsil tərəfindən biliklərin oyun şəklində əldə edilməsi, Azərbaycan cəmiyyətinin milli xüsusiyyətlərinə cavab verən və mütərəqqi ümumbəşəri dəyərlərin aşılanması, gənclərin intellektual səviyyəsinin, zehni inkişafının təmin edilməsi, intellektul oyunların gəclər arasında təbliğ olunması, Azərbaycanın zəngin milli mədəniyyətinin təbliği, gənclərin intellektual-yaradıcı qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, qoyulmuş problemlərin həllinə qeyri-standart yanaşmanın stimullaşdırılması, eləcə də onların asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsində çağdaş üsulların tətbiqi, ana dilimizin təbliğidir. Bu, Gənclər Təşkilatları Milli Şurasısının 2010-cu ildə keçirdiyi 2-ci intellektual çempionatdır. Mail Ağaxanov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir