Modern.az

Fəlakətə yol açan 400 milyon manat...

Fəlakətə yol açan 400 milyon manat...

22 May 2010, 20:31

Qubad İbadoglu: “Hesablamalar göstərir ki,  2008-2009-cu illər ərzində çayların təmizlənməsi, beton və torpaq bəndlərinin möhkəmləndirilməsi işlərinə külli miqdarda vəsait ayrılıb”

 

İqtisadi Tədqiqatlar Mırkəzinin büdcə materialları əsasında apardığı hesablamalar göstərir ki,  2008-2009-cu illər ərzində çayların təmizlənməsi, beton və torpaq bəndlərinin möhkəmləndirilməsi işlərinə külli miqdarda vəsait ayrılıb. Modern.az-ın məlumatına görə, bu barədə Mədən Sənayesində Şəfaflığın Artırılması Koalisiyasının informasiya xidmətinə açıqlama verən İTM-nin rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, son iki ildə bu istiqamətlərə ayrılmış vəsaitlərin məbləği 175 milyon manatdan çoxdur. Eyni zamanda, əlavə olaraq digər mənbələrdən melorasiya obyektlərinin, içməli su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması üçün 76 milyon 947 min manat vesait sərf olunub. Ümumilikdə götürdükdə isə, həm Fövqəladə Hallar Nazirliyinin, həm “Melorasiya və Su Təsərrüfatı” ASC-nin xətti ilə bu baxta qədər xərclənmiş vəsaitlərin məbləği 400 milyon manata yaxındır.

Bu ilin büdcəsində də müəyyən vəsaitlər nəzərdə tutuluduğunu deyən Q.İbadoğlu həmin vəsaitlərin də baş verən fəlakətin nəticələrinin aradan qaldırılmasına yönəldilməsinin mümkün olduğunu bildirib: “Dövlət büdcəsinin ehtiyat fondu 100 milyon manat, Prezidentin ehtiyyat fondu 160 milyon manat, əsas bolməyə aid edilməyən sair xərclər isə 250 milyon manat təşkil edir. Bu isə bütövlükdə 510 milyon manat  vəsasit deməkdir. Çayların təmizlənməsi, beton və torpaq bəndlərinin möhkəmləndirilməsi işinə cəlb olunacaq nəqliyyat vasitələrinin alınmasına da külli miqdarda vəsait yönəldilib. Məsələn, 2008-cu ilin büdcəsindən nəqliyyat vasitələrinin və avadanlıqların alınması üşün təkcə Fövqəladə Hallar Nazirliyinə 20 milyon manat ayrılıb”.

İTM fəlakət zonasının aqrar potensialının müəyyənləşdirilməsi istiqamətində də araşdırma aparıb. Tədqiqat əsasən Saatlı, Sabirabad, İmişli və Zərdab rayonlarının aqrar göstəricilərinə əsaslanır. “Bütövlükdə Azərbaycandsa ötən il  707 min. 717 ton bostan məhsulları istehsal olunub ki, onun da 141 min.542 tonu, yəni 34,71 faizi həmin bu dörd rayonun payına düşüb. Dənli və dənli-paxlalı məhsulların 11,25 faizi, elcə də tərəvəzin 5, 75 faizi məhz bu rayonlarda istehsal olunub. Bu isə onu deməyə əsas verir ki, bu il bostan məhsullarınn qıtlığı yaranacaq. Və təbii ki, qiymətlərin də səviyyəsinə artım müşahidə olunacaq” – deyən Q.İbadoğlu, rəhbərlik etdiyi təşkilatın hökumətə tövsiyyələrini də açıqlayıb: “Bizim tövsiyyəmiz ondan ibarətdir ki, kənd təsərrüfatı istehsalçılarına, həm şəxsi, həm də fermer təsərrüfatlarına dəymiş ziyan dəqiqləşdirilməli və gələcək dövrün xərcləri də nəzərə alınmaqla onlara konpensasiya ödənilməlidir. Əks təqdirdə bu potensialı itirib, ölkənin kənd təsərrüfatı məhsulları bazarını idxaldan asılı vəziyyətə sala bilərik. Bu isə bir tərəfdən də məşqulluq probleminin daha da dərinləşməsinə gətirib çıxaracaq”. 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir