Modern.az

Sumqayıtda partlayış - Xəsarət alanlar var

Sumqayıtda partlayış - Xəsarət alanlar var

Hadisə

20 May 2025, 13:01

Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib. 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə