Modern.az

Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB

Hadisə

20 May 2025, 17:38

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində itkin düşən 13 yaşlı qız tapılıb.

Modern.az xəbər verir ki, mayın 18-də itkin düşən 2012-ci il təvəllüdlü X.Mehdiyeva polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

***

15:52

Bakıda yeniyetmə qız itkin düşüb.

Modern.az-ın məlumatına görə, 19 may 2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi sakini Mehdiyev Ruslan Nazim oğlu Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı 2012-ci il təvəllüdlü Xədicə Mehdiyeva 18 may tarixində evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi