Modern.az

Mətbuat bir ayda təbii fəlakət mövzusunda 1362 məqalə dərc edib

Mətbuat bir ayda təbii fəlakət mövzusunda 1362 məqalə dərc edib

23 May 2010, 20:03

"Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyi (JAM) "İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım" adlı layihənin icrasını davam etdirir.
Modern.az-ın məlumatına görə, JAM-ın mətbuat üçün yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasınnı Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində may ayında ölkədə nəşr olunan 20 gündəlik və həftəlik qəzetin monitorinqi aparılıb. Monitorinq nəticəsində məlum olub ki, Azərbaycanın aparıcı KİV orqanları may ayında da insan hüquq və azadlıqlarının müdafiəsinə geniş yer ayırıblar: "Monitorinqin nəticələri göstərir ki, KİV-lər ay ərzində hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalmış, habelə müxtəlif məhkəmə instansiyalarında insan hüquq və azadlıqlarına dair baxılan işlər barədə xeyli material dərc ediblər".
JAM-ın yaydığı hesabatda həmçinin qeyd olunur ki, may ayında mətbuat Kürün daşması nəticəsində baş verən təbii fəlakətdən zərər çəkən insanların problemlərinin işıqlandırılmasına daha geniş yer ayırıb. Monitorinqə cəlb edilən qəzetlərdə bir ay ərzində bu mövzuda 1362 məqalə dərc olunub.
JAM-dan bildiriblər ki, mətbuatda insan hüquq və azadlıqlarının müdafiəsinə dair materiallarla bağlı monitorinqlər iyun və iyul aylarında da davam etdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı