Modern.az

Hacıqabulda Kürün bəndi yenə dağılıb, 70 evi su basıb

Hacıqabulda Kürün bəndi yenə dağılıb, 70 evi su basıb

Təhsil

23 May 2010, 23:51

Mayın 23-də saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin, təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlayıb.
Modern.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.  Operativ olaraq hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin canlı quvvə və texnikası dağılmış bəndin bərpası və bərkidilməsi işlərinə başlayıb.

 

Çevik müdaxilə nəticəsində sel sularının əhatəsində təhlükədə qalmış 4 kənd sakini FHN-nin iki vertolyotu vasitəsi ilə xilas edilib.

 

Eyni zamanda, FHN-nin Mülki Müdafiə qoşunlarının və Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının köməkliyi ilə kənd əhalisinin qadınlar, uşaqlar, qocalar olan hissəsi təxliyyə edilib. İlkin olaraq, təqribən, 70-ə qədər ev qismən daşqın sularının əhatəsində qalıb. Hazırda bəndin bərpa və bərkitmə işləri davam etdirilir.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi