Modern.az

Türkiyədə ana müxalifət partiyasının yeni lideri

Türkiyədə ana müxalifət partiyasının yeni lideri

23 May 2010, 00:11

Türkiyədə ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası (CHP) özünün növbəti qurultayını keçirib. Qurultayda uzun illərdir partiyaya başqanlıq edən Dəniz Baykalın istefasından sonra yeni sədr seçilib.

 

Kamal Kılıcdaroğlu partiyasında yerli təşkilatların hamısının dəstəyini qazanaraq yeni başkan olub. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləyib.

 

Keçmiş baş nazir, Demokratik Sol Partiyanın lideri olmuş Bülənt Evevitin xanımı Rahşan Ecevit də qurultaya qatılaraq Kılıcdaroğluna dəstək verib.
K.Kılıcdaroğlu qurultayın bitməsindən dərhal sonra CHP-ni növbəti seçkilərdə təkbaşına iqtidar etmək üçün yola çıxacağını elan edib. O bildirib ki, ölkənin hər yerinə gedəcək, meydanlara çıxacaq, xalqla görüşüb problemlərini dinləyəcək. Kılıcdaroğlu hökumətin fəaliyyətlərini tənqid etməkdən daha çox problemləri necə həll edəcəklərinə dair baxışlarını xalqa anladacaqlarını deyib.
Yeni başkan qurultaydakı çıxışı zamanı AKP iqtidarını və baş nazir Ərdoğanı kəskin tənqid edib. O, Ərdoğanı Dəniz Baykala “qurşaqdan aşağı zərbə endirməkdə” günahlandırıb.
Qeyd edək ki, Dəniz Baykal qurultaydan iki həftə əvvəl internetə ötürülən videogörüntülər üzündən istefa verməli olmuşdu. Həmin görüntülərdə onun guya, CHP-dən olan xanım deputatla intim münasibətlərindən bəhs olunurdu.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?