Nyu-Yorkda Türk-Amerikan Dərnəkləri Federasiyası tərəfindən “Türk günü festival”ı keçirilib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, tədbirdə iştirak edən Türkiyənin dövlət naziri, baş nazirin müavini Cəmil Çiçək qondarma erməni iddialarına təpki göstərib. “Bizim tarix qarşısında verə bilməyəcəyimiz hes bir hesabımız yoxdur, bizim alnımız açıq, başımız dikdir, kim nə söyləyir söyləsin, gec-tez tarix bunu təyin edəcəkdir”-deyə dövlət naziri bildirib.
Qondarma erməni iddialarının Türkiyənin Amerika il əlaqələrinə kölkə saldığını deyən Çiçək
“29 il əvvəl türk varlığına, millətinə qarşı haqsız, hüqüqsuz, insafsız bir qaralama kampaniyası başlayıb, 40-dan artıq diplomatımız öldürülüb, onlardan biri mənim çox yaxınım, Lissabonda qətlə yetirildi. Onlara qarşı burada şanlı bir duruş, şanlı bir mücadilə başlatdınız, aradan keçən 29 il ərzində başlayan mübarizə bu gün Türk varlığının bütün dünyada tanıdılması, birliyimizin gücləndirilməsü üçün önəmli ənənədir” deyib.
C.Çiçək Türk millətinin tarixən təmiz, böyük bir millət olduğunu, millətin başını əyəcək bir yanlışlığa yol vermədiyini, həyasızlığın, əxlaqsızlığın içində heç bir zaman olmadığını, zülmə, haqsızlığa qarşı olanların yerində yer aldığını deyib.
Qeyd edək ki, Türk günü festivalı erməni terrorunu lənətləmək məqsədi ilə keçirilir