Modern.az

Allah heç kimi ikiüzlü etməsin

Allah heç kimi ikiüzlü etməsin

13 Fevral 2014, 22:29

İki üzü olan Edvard Mordreyk İngiltərənin tanınmış və hörmətli ailələrinin birində anadan olub. Tanıyanlar onun ön tərəfdən üzünün yaraşıqlı, arxa tərəfdəki üzünün isə eybəcər olduğunu söyləyiblər. Edvardın arxadakı üzünün təbəssüm, kədər, qəzəb kimi ifadələri də olub. Edvard arxa tərəfindəki ağzı ilə yemək üçün istifadə etməyib. Arxa üz sərbəst danımayıb, yalnız mızıldanıb ki, bu da Edvarda olduqca mənfi təsir göstərib. Özünün dediyinə görə gecələr arxa üz danışanda ona elə gəlirmiş ki, daxilində şeytan var. Onun öndəki üzü ağlayanda arxa üzü gülüb. Arxa üzün gözləri isə iti baxışlarla ətrafdakıları seyr edib. Edvard savadlı olmağı ilə yanaşı, bir çox musiqi alətlərində ifa etməyi də bacarıb. Həkimlərdən dəfələrlə arxa üzün cərrahiyə əməliyyatı ilə götürülməsini xahiş etsə də bunun mümkün olmadığını söyləyiblər. Edvardın 23 illik həyatı özünü intihar etməsi ilə başa çatıb. Ölümündən sonra Edvardın vəsiyyətini tapıblar. O, öz vəsiyyətində doğmalarından xahiş edib ki, öləndən sonra onun arxa üzünü kəsib götürsünlər. Edvard o biri dünyada bir üzlü olması üçün bunu xahiş edib.

İlham Cəmiloğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu