Modern.az

Rusiya Olimpiadada geridə qalır

Rusiya Olimpiadada geridə qalır

14 Fevral 2014, 09:53

Soçidə keçirilən Qış Olimpiya oyunları davam edir. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə Almaniya idmançıları olimpiadada daha inamlı çıxış edir. Bunu almanların əldə etdikləri medallar da sübut edir. Bu günədək Almaniya qış olimpiadaçıları 7 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Onları yenə Kanada ( 4 qızıl, 4 gümüş, 2 bürünc medal) və Norveç (4 qızıl,  3 gümüş,  6 bürünc) idmançıları izləyir. İlk beşlikdə qərarlaşan Hollandiyanın 4 qızıl, 3 gümüş,  5 bürünc, ABŞ-ın isə 4 qızıl, 2 gümüş,  6 bürünc medalı var. Onları 3 qızıl və 1 bürünc medalla İsveçrə izləyir. Ev sahibi Rusiya idmançıları isə hələ ki zəif çıxışları ilə yadda qalırlar. Bu ölkə idmançıları indiyədək 2 qızıl,  5 gümüş və  4 bürünc medal qazana biliblər. İlk onluqda Çin (2 qızıl, 1 gümüş), Fransa (2 qızıl, 2 bürünc) və Polşa (2 qızıl) da var. Avstriya olimpiyaçıları 1 qızıl, 4 gümüş, Sloveniya 1 qızıl, 1 gümüş, 2 bürünc, Cənubi Koreya 1 qızıl, 1 bürünc, Slovakiya və Belarus hərəsi yalnız 1 qızıl medal əldə edə biliblər. İsveçlə İtaliyanın qızıl medalları olmasa da, onlardan birinin 4 gümüş və 1 bürünc, digərinin 2 gümüş və 1 bürünc medalı var.

 

 

 

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi