Modern.az

Merkel müxalifət liderləri ilə görüşəcək

Merkel müxalifət liderləri ilə görüşəcək

14 Fevral 2014, 13:36


Almaniyanın kansleri Anqela Merkel Ukrayna müxalifətinin liderləri –“UDAR” Partiyasının rəhbəri Vitali Kliçko və “Batkivşina” fraksiyasının başçısı Arseniy Yatsenyukla görüşmək niyyətindədir. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, “Bild” nəşri görüşün fevralın 18-də Berlində baş tutacağını yazıb. Amma bu məlumat rəsmi mənbələrdə hələ ki təsdiqlənməyib. Əgər görüş baş tutarsa, bu Almaniya kanslerinin Ukraynadakı münaqişəyə ilk açıq müdaxiləsi olacaq. Buna qədər dəfələrlə Ukrayna prezidenti Viktor Yanukoviçlə dəfələrlə telefonla danışan Merkel etiraz aksiyaları keçirənlərə qarşı güc tətbiqindən narahatdır.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir