Mayın 24-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyalarının (Türk PA) Baş Katibliyinin ofisi açılıb.
Ofisin açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Nevzət Pakdil və Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov iştirak ediblər.
Qonaqlar TürkPA-nın ofisi ilə tanış olub, Katibliyin əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıblar. Türkdilli Ölkələrin Parlament Assambleyası ötən il Bakıda təsis olunub. Təşkilatın baş katib Ramil Həsənov Azərbaycandan, onun müavinləri Türkiyədən və Qazaxıstandandır.