Modern.az

Dünyanın ən kasıb prezidenti həm də xeyriyyəçidir

Dünyanın ən kasıb prezidenti həm də xeyriyyəçidir

Dünya

15 Fevral 2014, 22:59

Uruqvay peezidenti Xose Muxika dünyanın ən kasıb prezidenti sayılır. Ölkə vətəndaşları onu məhz belə adlandırırlar: ən kasıb prezident. Bu barədə əvvəllər də məlumat verilib.

78 yaşlı Muxika öz gəlirini çox böyük səxavətlə xeyriyyəçiliyə sərf edir. Prezident tutduğu vəzifəyə görə aldığı 12500 dollar maaşından özünə cəmisi 1250 dollar saxlayır. Ümumi qazancının 10 faizini. Prezidentliyi dövrdə Muxikanın aldığı ən bahalı şey “Folksvaqen Juk” avtomobili olub. O bu avtomobili almaq üçün 1945 dollar xərcləyib.

Modern.az-ın məlumatına görə, prezident Xose Muxikanın senator olan xanımı da öz gəlirinin yarıdan çox hissəsini xeyriyyəçiliyə xərcləyir. Prezidentin və həyat yoldaşının heç bir bankda hesabları yoxdur.

Muxikanın keçmişi “Tupamaros” partizan hərəkatı ilə bağlı olub. Həmin hərəkatın fəal üzvlərindən olan Muxika polislərlə qarşıdurma zamanı altı dəfə ciddi bədən xəsarəti də alıb. Prezident həmçinin 14 il türmə həyatı yaşayıb.

“Mən öz tariximin oğluyam” deyən Muxika qeyd edir ki, çox yaxşı yaşayır və bu sadə həyat tərzi onu qane edir.
”Çünki mən həmişə sadə yaşamışam”.

İlham Cəmiloğlu

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu