Modern.az

Sabahdan I siniflərdə məktəb və müəllim seçimi başlayır

Sabahdan I siniflərdə məktəb və müəllim seçimi başlayır

Təhsil

4 İyun 2025, 16:22

5 iyun saat 11:00-dan etibarən I siniflərdə Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.

Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV