Modern.az

ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini tərk edir

ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini tərk edir

5 İyun 2025, 14:24

ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan öz istəyi ilə vəzifəsindən getmək istəyir.

Bu barədə Modern.az-a diplomatik missiyanın sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.

"ABŞ-ni təmsil edən diplomat olaraq 33 il işlədikdən sonra istefaya getmək qərarına gəldim", - o qeyd edib.

O bildirib ki, ABŞ-nin Gürcüstandakı səfiri kimi gördüyü işlərlə fəxr edir.

Diplomat iyulda postundan rəsmən gedənə qədər Vaşinqton və Tbilisi arasındakı əlaqələrin möhkəmləndirilməsi üzərində işləməyə davam edəcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır