Modern.az

Şamaxıda zəlzələ olub

Şamaxıda zəlzələ olub

Hadisə

6 İyun 2025, 09:13

İyunun 6-da Şamaxıda zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,2 olan zəlzələ yerli vaxtla saat 06.40-da Pirqulu stansiyasından 13 km şimal-şərqdə Şamaxı rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 6 kilometr olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var