Modern.az

Rusiyada azyaşlılara enerji içkiləri satılmayacaq - Putin İMZALADI

Rusiyada azyaşlılara enerji içkiləri satılmayacaq - Putin İMZALADI

7 İyun 2025, 17:44

Rusiyada yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışı qadağan edilib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 14.16.1-ci maddə bu qaydaya əməl etməyən vətəndaşlara 30-50 min rubl, vəzifəli şəxslərə 100-200 min rubl, hüquqi şəxslərə isə 300-500 min rubl məbləğində cərimə tətbiq edəcək.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu qərarın gənc nəslin sağlamlığının qorunması üçün qanunvericilik səviyyəsində aparılan sistemli işin davamı olduğunu vurğulayıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə