Ukrayna paytaxtında fevralın 18-dən başlayan hərbi qarşıdurmalar nəticəsində yaşı 18-ə çatmayan üç nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.
Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisələr zamanı xəsarət alanlar arasında 79 nəfər hüquq mühafizə orqanlarının əməkdaşı, 5 nəfər jurnalist də var. Fevralın 19-na yerli vaxtla saat 6:00-a olan məlumata görə, ti8bbi yardım üçün 351 vətəndaş müraciət edib, onların əksəriyyəti odlu silahdan açılan atəş nəticəsində xəsarət alanlardır. Kütləvi iğtişaşların 241 iştirakçısı xəstəxanalara yerləşdiriliblər. Bir sutka ərzində xəstəxanalarda 8 nəfər ölüb (onlardan biri jurnalistdir). Bun dan əlavə Kiyev şəhər məhkəmə-tibb ekspertiza bürosuna 14 meyit daxil olub.
Modern.az