Modern.az

ABŞ 24-48 saat ərzində İrana hücum edə bilər

ABŞ 24-48 saat ərzində İrana hücum edə bilər

Dünya

18 İyun 2025, 12:48

ABŞ-nin İsrailin hərbi əməliyyatına qoşulması ilə bağlı yaxın 24-48 saat ərzində qərar verilə bilər.

Modern.az xəbər verir ki, bu barədə “ABC News” administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

“ABC News”un mənbələrinin məlumatına görə, bu müddət ərzində Vaşinqton İranla münaqişənin diplomatik yollarla həllinin mümkün olub-olmadığına, yaxud ABŞ prezidenti Donald Trampın hərbi əməliyyatlara əl atacağına qərar verə bilər.

Telekanalın mənbələrinin bildirdiyinə görə, ABŞ hələ də Tehranı danışıqlar masası arxasına qaytara və uranın zənginləşdirilməsindən tam imtinanı ehtiva edən saziş imzalamağa məcbur edə biləcəyinə inanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?