Modern.az

Körfəz ölkələrində radiasiya dəyişikliyi OLMAYIB

Körfəz ölkələrində radiasiya dəyişikliyi OLMAYIB

Dünya

22 İyun 2025, 09:07

İran nüvə obyektlərinə ABŞ-nin zərbələrindən sonra Körfəz dövlətlərində radiasiya fonunda dəyişikliklər qeydə alınmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Nüvə və Radiasiya Nəzarəti İdarəsinin sosial şəbəkədəki bəyanatında deyilir.

 

“Amerika hərbi qüvvələrinin İranın nüvə obyektlərinə zərbələri nəticəsində Səudiyyə Ərəbistanı və Fars körfəzi dövlətlərinin ətraf mühitinə radioaktiv təsir qeydə alınmayıb”, – tənzimləyici qurum bildirib.

 

Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.

 

Daha sonra Qum ostanının administrasiyası “Fordo nüvə obyektinin ərazisinin” hücuma məruz qaldığını etiraf etmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat