Modern.az

İranda "Mossad"ın 6 agenti həbs edildi

İranda "Mossad"ın 6 agenti həbs edildi

Dünya

24 İyun 2025, 10:32

İranın Həmədan əyalətinin Resen və Nəhavənd şəhərlərində İsrail kəşfiyyat xidməti "Mossad"ın göstərişi ilə fəaliyyət həyata keçirən 6 nəfər həbs edilib.

Modern.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"Bu muzdlular kiberməkanda məqsədyönlü hərəkətlər edərək, İsrail agentləri ilə ünsiyyət quraraq, ictimai iğtişaşlar törətməyə, İran rejiminin imicini ləkələməyə və məhv etməyə cəhd göstəriblər. Lakin onların hərəkətlərinin qarşısı vaxtında əldə edilən kəşfiyyat məlumatları ilə alınıb", - məlumatda bildirilib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat