Modern.az

Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var

Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var

Hadisə

27 İyun 2025, 16:34

Qusar rayonunun Çiləgir kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Qusar - Şahdağ yolunda turistlərin olduğu avtomobil idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, qəza nəticəsində maşında olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq, Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üç nəfəri Azərbaycan, beş nəfəri isə Pakistan vətəndaşlarıdır.

Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır