Modern.az

Rusiyada öldürülən qardaşların cənazəsi Ağcabədiyə aparıldı - GÖRÜNTÜLƏR

Rusiyada öldürülən qardaşların cənazəsi Ağcabədiyə aparıldı - GÖRÜNTÜLƏR

Aktual

1 İyul 2025, 08:08

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı qətlə yetirilən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovların cənazəsi doğulduqları Ağcabədi rayonuna gətirilib.

 

Modern.az Trend-ə istinadən məlumat verir ki, qardaşların cənazəsi ailələrinin yaşadığı evə aparılıb. Burada əvvəlcə vida mərasimi keçiriləcək, daha sonra isə Səfərov qardaşları valideynlərinin dəfn olunduğu Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.

 

Xatırladaq ki, hadisə ötən ayın 27-də səhər saatlarında baş verib. Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın təşkil edib. Əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov öldürülüb, bir neçə nəfər isə saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat