Modern.az

Yuliya Timoşenko azadlığa çıxır

Yuliya Timoşenko azadlığa çıxır

21 Fevral 2014, 23:29


Ukrayna parlamenti keçmiş baş nazir Yuliya Timoşenkonun həbsdən buraxılmasına səs verib.

Fevralın 21-də Ali Radada keçirilən səsvermədə 310 deputat Timoşenkonun azadlığa buraxılmasına icazə verən qanunun lehinə səs verib.
Bu barədə Ukrayna KİV-ləri məlumat yayıblar.
Keçmiş baş nazir Y.Timoşenko 2011-ci ildə Rusiya ilə qaz sazişi bağlayarkən səlahiyyətlərini aşmaqda ittiham olunaraq 7 il həbs cəzası alıb.

Avropa Birliyi onu azad etməyə çağırsa da, prezident Yanukovich bu çağırışları rədd edirdi.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi