Modern.az

Ukraynalı uşaqlar Azərbaycana gətirildi - GÖRÜNTÜ

Ukraynalı uşaqlar Azərbaycana gətirildi - GÖRÜNTÜ

Aktual

1 İyul 2025, 12:24

Daha bir qrup ukraynalı uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev özünün “X” hesabında bildirib.

Onun sözlərinə görə, Sumi regionundan bir qrup uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

“Ukraynalı uşaqlar üçün olan bu proqramı dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə, xalqına və bütün tərəfdarlara təşəkkür edirik”, - səfir qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat