Modern.az

Özbəkistan səfirliyinin yeni binası nə zaman açılacaq?

Özbəkistan səfirliyinin yeni binası nə zaman açılacaq?

Aktual

1 İyul 2025, 14:01

Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışı ilə bağlı konkret tarix hələ bilinmir.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Özbəkistan Parlamentlərarası İşçi Qrupunun üzvü Arzuxan Əlizadə bildirib.

O qeyd edib ki, ümumilikdə Özbəkistan səfirliyinin yeni binasının açılması çox xoş hadisədir:

“Özbəkistan səfirliyinin yeni binası açılacaq. Hörmətli Özbəkistan Prezidenti Şövkət Mirziyoyev özü bu törəndə iştirak edəcək. Konkret hansı tarixdə bu açılışın olacağı ilə bağlı məlumatsızam. İştirakımızla bağlı da hələ bir söz deyilməyib. Ümumilikdə çox xoş bir hadisədir. Türk dövlətləri ilə - daha çox da Özbəkistanla münasibətlərin istiləşməsi baş verməkdədir. Özbəkistan Qazaxıstanla birlikdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa olunmasında öz töhfəsini verib. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətləri də inkişaf etməkdədir. Tədbirin nə vaxt olacağı ilə bağlı yəqin ki, əlavə məlumat veriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat