Modern.az

MDHP Beynəlxalq Ana Dili Gününə toplaşdı - Video, Foto

MDHP Beynəlxalq Ana Dili Gününə toplaşdı - Video, Foto

Təhsil

22 Fevral 2014, 14:47
21 fevral Beynəlxalq Ana Dili Günüdür. Bu münasibətlə Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamenti fevralın 21-də tədbir keçirib.
MDHP-nin qərargahında baş tutan tədbiri giriş sözülə açan MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli tədbir iştirakçılarını salamlayaraq, 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixi səbəbləri haqda iştirakçılara ətraflı məlumat verərək, qeyd edib ki, hər bir xalqın milli mənsubiyəti, ana dili onun varlığının əsas göstəricisidir və ana dilində təsil almaq hər bir  insanın əsas hüquqlarından birincisidir.

“ Lakin, uzun illərdən bəri İranda hakimiyyət tərəfindən qeyri-fars millətlərin, özəliklə İran əhalisinin əksəriyyətini təşkil edən Güney Azərbaycan türklərinin öz ana dilərində təhsilə qoyulan qadağa, bu qadağaya qarşı olanların təqib, təziq və həbslərə məruz qalırlar”. Sonra, mövzu ətrafinda tədbir iştirakçıları- tanınmış filolog Aydın Mədətoğlu, filologiya elmləri doktoru Asif Rüstəmli, Bütöv Azərbaycan Ocaqlarınadan Türk dili üzrə tədqiqatçı Bəxtiyar Tuncay, MDHP sədrinin ideoloji məsələlər üzrə sədrin müavini Həbib Ələkbərsoy, MDHP Ali Məclisinin sədri Tahir Seyidov, Ümid Partiyası sədrinin Güney Azərbaycan məsələləri üzrə müşaviri Rüfət Muradlı, Mütləqə İnam Ocağından İşıqlı Atalı, MHB-dən Oqtay Daşoğuz, yazar Nüyvər Şərifova, MDHP sədrinin Mədəniyyət məslələri üzrə müşaviri Niftalı Göyçəli və başqalrı mövzu ətrafında çıxış və müzakirələr aparıblar. Sonda Həbib Ələkbərsoy Ana dili ilə bağlı MDHP-nin konsepsiyasının ümumi istiqamət və hədəflərindən danışıb. 















Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır