Modern.az

Dünya türk gənclərinin liderləri bir araya gəliblər

Dünya türk gənclərinin liderləri bir araya gəliblər

25 May 2010, 16:27
 Bolqarıstanın paytaxtı Sofiyada Dünya Türk Gəncləri Birliyinin (DTGB) X Liderlər Toplantısı və Avrasiya QHT-lərinin X İnsan Haqqları və Etnik Tolerantlıq Konfransı keçirilib. Toplantının əvvəlində DTGB-nin sədri, Milli Məclisin deputatı Əkrəm Abdullayev və Bolqarıstanın “EVET” qeyri-hökumət təşkilatının sədri Ergin Emin sədarətə seçiliblər.            

Öncə Bolqarıstanın Xarici İşlər Nazirinin və Mədəniyyət Nazirinin tədbir iştirakçılarına ünvanladıqları təbrik məktubları oxunub. Sonra toplantı haqqında geniş məlumat verən Ə. Abdullayev onun əhəmiyyətini diqqətə çatdır;b. Bildirib ki, toplantıda 22 müstəqil və muxtar dövlətin, həmçinin Avropanın müxtəlif ölkələrində yaşayan türk soydaşlarımızın nümayəndələri iştirak edir. Qeyd edək ki, Dünya Türk Gəncləri Birliyinin əsası 1992-ci ildə Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində qoyulub. 36 türkdilli xalqın 40-dan çox təşkilatını birləşdirən, fəaliyyətinin əsas məqsədi türkdilli xalqlara mənsub gənclər arasında həmrəylik və əməkdaşlıq bağlarının yaradılması və gücləndirilməsindən ibarətdir. Qurulduğu ildən indiyə qədər dünyanın bir çox şəhərlərində DTGB-nin müxtəlif tədbirləri keçirilib.

Sayca onuncu olan DTGB Liderlər Toplantısının bu ilki yığıncağının gündəliyində birliyin yeni struktur dəyişikliyi, əlaqələndiricilər şəbəkəsinin yaradılması, İstanbulda DTGB-nin əməkdaşlıq mərkəzinin açılması, DTGB-nin növbəti 15-ci Qurultayının yerinin və vaxtının müəyyən edilməsi, həmçinin Qurultay gündəliyinin təsdiqlənməsi məsələləri olub. Toplantıda çıxış edən natiqlər DTGB nəzdindəki fəaliyyətlərin bundan sonra da aktiv şəkildə davam etdirməyin  vacibliyini, bununla yanaşı aparılan işlər haqqında geniş kütlələrə mütəmadi məlumatın verilməsinin əhəmiyyətini vurğulayıblar. Bu məqsədə çatmaq üçün isə DTGB-nin internet səhifəsinin aktiv iş rejiminə keçməsinin təxirəsalınmaz məsələ olduğunu bildiriblər. Toplantıda aparılan müzakirələrin nəticəsində əlaqələndiricilər şəbəkəsinin yaradılması məqsədəuyğun görülüb, DTGB-nin Baş Əlaqələndiricisi vəzifəsinə Elşad Abdullayev seçilib. DTGB-nin sədri, sədr müavinləri, İdarə heyəti sədri və baş əlaqələndiricidən ibarət Daimi Divan qurulub, İstanbul əlaqələndiricisi vəzifəsinə Bolqarıstan türklərindən Rafət Murat seçilib.

Sonda iclasın yekununa dair Bəyannamə qəbul olunub.   DTGB-nin bu səfərki Liderlər Toplantısının keçirilməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bolqarıstanın “EVET” və “BULTÜRK” təşkilatlarının və Almaniyanın Konrad Adenauer Fondunun dəstəyi ilə keçirilib. 

Modern.az    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!