Modern.az

Pezeşkian İlham Əliyevə təşəkkür etdi - FOTO

Pezeşkian İlham Əliyevə təşəkkür etdi - FOTO

Ölkə

4 İyul 2025, 14:32

“İƏT-in 17-ci sammitinə ev sahibliyi etdiyinizə görə, İlham Əliyev, sizə və Azərbaycan xalqına təşəkkür edirəm”.

Modern.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

İran lideri çıxışında cari ilin iyunun 13-də İsrail və İran arasında baş verən hərbi gərginliyə münasibət bildirib. Onun sözlərinə görə, iyunun 13-də İsrail İrana qarşı hücumlara başlayıb.

Pezeşkian qeyd edib ki, İran bu hücumlara cavab verib, bölgədə müharibənin baş verməsinin qarşısını alıb: “Bir çox qlobal təşkilatlar tərəfindən İslam Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin son iclasında İrana qarşı hücumlara sərt mövqe nümayiş etdirilib”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi