Modern.az

İmamoğlunu 9 ilədək həbs gözləyir

İmamoğlunu 9 ilədək həbs gözləyir

Dünya

4 İyul 2025, 22:24

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Ekrem İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Modern.az TRT-yə istinadən xəbər verir ki, araşdırmaların yekunu olaraq hazırlanan ittiham aktı məhkəməyə təqdim edilib.

İmamoğlunun sənədlərin saxtalaşdırılması əməli sübuta yetirilərsə, ona buna görə 2 il 6 aydan 8 il 9 ayadək həbs cəzasının verilməsi mümkündür.

Cinayət işinə Asliye Cəza Məhkəməsində baxılacaq.

Qeyd edək ki,  İmamoğlu da daxil olmaqla 54 nəfərin “University College of Northern Cyprus” adlı təhsil müəssisəsindən İstanbul Universitetinə qanunsuz köçürülməsi iddia edilib. Belə ki, həmin vaxt İstanbul Universitetinə köçürmə limiti cəmi 3 yerlik olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat