Modern.az

Yanukoviçin Qara dəniz hərbi donanmasında olduğu təsdiqlənmədi

Yanukoviçin Qara dəniz hərbi donanmasında olduğu təsdiqlənmədi

25 Fevral 2014, 11:52


Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Sevastopolda, Kazaçye buxtasındakı Rusiyanın hərbi dəniz piyada qoşun bazasında deyil. Modern.az saytı RİA “Novosti”yə   istinadən bildirir ki, bu haqda məlumat verən mənbə onun nə hərbi gəmidə, Qara dəniz hərbi donanmasının digər obyektlərində olmadığını deyib.
Qeyd edək ki, eks-prezidentlə bağlı axtarış elan olunub və onun  harada məskunlaşdığı haqda müxtəlif ehtimallar irəli sürülür. Bu ehtimallardan birinə görə, Yanukoviç Krımdakı sanatoriyalardan birində ola bilər. 

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub