Modern.az

Pasportlar haqda qanun dəyişdi

Pasportlar haqda qanun dəyişdi

İqtisadiyyat

25 Fevral 2014, 14:44

Milli Məclisinin bu gün keçirilən iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavələr layihəsi müzakirəyə çıxarılıb. Modern.az xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, layihəyə əsasən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarda xidmət keçən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik nümayəndəliklərin mühafizə idarəsinin zabit heyətinə diplomatik pasportlar veriləcək.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

 

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir