Modern.az

Xocalı soyqırımından bəhs edən “Taleyin bir üzü” əsər nümayiş etdirilib

Xocalı soyqırımından bəhs edən “Taleyin bir üzü” əsər nümayiş etdirilib

26 Fevral 2014, 15:37

Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə Füzuli rayonunda silsilə tədbirlər keçirilib.

Horadiz şəhər Mədəniyyət Sarayında Füzuli Dövlət Dram Teatrı gənc yazar Şəbnəm Tofiqqızının Xocalı faciəsindən bəhs edən “Taleyin bir üzü” adlı əsərinin əsasında səhnələşdirilən tamaşa nümayiş etdirib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər Mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Xocalı soyqırımından  danışıb. 

Bildirib ki¸ Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, deportasiya, soyqırım siyasətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Alı Alıyev deyib ki, Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı eyni zamanda bəşər tarixinin ən geniş miqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. 22 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə təcavüz edərək, Xocalı şəhərini yerlə-yeksan ediblər. Xocalı soyqırımı zamanı 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər dinc sakin əsir götürülüb. Sonra “Taleyin bir üzü” adlı tamaşa göstərlib. Füzuli Dövlət Dram Teatrının aktyorlar öz çıxışları ilə tədbir iştirakçılarının təsəvvüründə qanlı gecənin dəhşətini bir daha canlandırıblar. Xocalı soyqırımından bəhs edən ədəbi-bədii kompozisiyada müharibənin dəhşətləri, qəhrəmanın iztirabları təsvir olunub. Əsər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

İcra Hakimiyyəti tərəfindən Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı hazırlanmış Tədbirlər Planına müvafiq olaraq rayonun bütün ərazisində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, sislilə tədbirlər keçirilibr. 26 fevral tarixində orta ümumtəhsil məktəblərində ilk dərs Xocalı soyqırımına həsr olunub.





Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir