Modern.az

Növbəti üç günün havası ilə bağlı xəbərdarlıq! - Leysan olacaq

Növbəti üç günün havası ilə bağlı xəbərdarlıq! - Leysan olacaq

Ölkə

23 İyul 2025, 19:17

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

 

Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var