Modern.az

Ekspert: “Azərbaycanda 500 mindən çox qanunsuz tikili var”

Ekspert: “Azərbaycanda 500 mindən çox qanunsuz tikili var”

İqtisadiyyat

28 Fevral 2014, 10:29


“Digər qonşu MDB ölkələri ilə müqayisədə Azərbaycanda  daşınmaz əmlak bazarında aktivlik müşahidə edilir. Bu aktivlik həm əqdlərin sayında, həm də qiymətlərdə görünür. Ölkə üzrə aktivlik əsasən paytaxt Bakı və Sumqayıt, Gəncə şəhərlərində, eləcə də cənub bölgəsində müşayiət olunur”.

Bunu daşınmaz əmlak bazarındakı son durumla bağlı Modern.az saytına ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, şəhərdaxili torpaq bazarında aktivlik yoxdur və qiymətlərin azalması qeydə alınır: “Aktivliyin aşağı olması əsasən şəhər daxilində yenidənqurma işlərinin aparılması ilə əlaqədar risklərin artması və tikintiyə icazələrin qismən məhdudlaşdırılmasıdır”.

Ekspert deyib ki, ilkin mənzil bazarında l kvadrat metrin qiyməti  1181 dollardır. (ötən aya nisbətdə +3,05 faiz artıb): “Təkrar mənzil bazarında 1874 dollar (ötən aya nisbətdə +3,71 faiz artıb), bahalı evlərdə 2336 dollar (ötən aya nisbətdə+4,75 faiz artıb), 1491 dollar (ötən aya nisbətdə+2,40 faiz artıb), 11,8 dollardır (ötən aya nisbətdə+4,05 faiz artıb).

Ekspert onu da vurğulayıb ki, qanunsuz deyilən tikililərin sayı barədə dəqiq məlumat ictimayyətdə yoxdur (bəlkə rəsmilərdə də yoxdur) və buna görə də dəqiq fikir söyləmək çətindir: “Ancaq onu deyə bilirəm ki, onların sayı çoxdur. Əgər bəzi mənbələr 500 min rəqəmi səsləndirirlərsə, bəlkə də bundan daha çoxdur. Çünki regionlarda yaşayış evlərinin və torpaq sahələrinin çoxunun ilkin və ya mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur”.

N.İbrahimov son olaraq onu bildirib ki, 2013-cü ildə müşayət olunan qiymət artımı söküntü həcminin artması ilə bağlı olub: “Əgər 2014-cü ildə də söküntü davam edərsə, aktivlik və qiymətlərin artımı qaçılmaz olacaq”.

 

  Gülşən Raufqızı

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır