Modern.az

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

Təhsil

28 Fevral 2014, 11:39

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə martın 1-də Səudiyyə Ərəbistanına səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər İslam Aləmi Liqasının Baş katibi Abdulla ət-Türkinin dəvəti əsasında qurumun 2-3 mart tarixlərində keçirəcəyi növbəti konfransda iştirak məqsədilə həyata keçirilir.

Budəfəki mövzusu "İslam aləmi - problemlər və həlli yolları: İslam həmrəyliyi" olan Beynəlxalq konfransda QMİ sədri Şeyxülislam A. Paşazadə "İslam həmrəyliyi günün aktual problemidir" adlı məruzə ilə çıxış edəcək.

Səudiyyə Ərəbistanında QMİ sədrinin Səudiyyə Ərəbistanının Həcc Naziri və digər rəsmiləri ilə işgüzar görüşləri gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır