Modern.az

Zaqatalada maşın qadın piyadanı vurub öldürdü

Zaqatalada maşın qadın piyadanı vurub öldürdü

Hadisə

31 İyul 2025, 17:28

Zaqatalada piyadanı avtomobil vururaraq öldürüb.

Modern.az xəbər verir ki, Zaqatala rayonunun Muxax kəndi ərazisində avtomobil yolu keçən piyada, 1966-cı il təvəllüdlü Südabə Mürsaliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanıb, araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!