Modern.az

Azərbaycan Qazaxıstandan taxıl idxalını 120 dəfə artırıb

Azərbaycan Qazaxıstandan taxıl idxalını 120 dəfə artırıb

Dünya

2 Avqust 2025, 21:07

2024-cü ilin sentyabrından 2025-ci ilin iyuluna qədər Qazaxıstan xarici ölkələrə taxıl ekvivalentində 12,4 milyon ton taxıl və un ixrac edib ki, bu da 2023-2024-cü ilin analoji dövrü ilə müqayisədə 34 faiz (9,3 milyon ton) çoxdur.

 

Modern.az Qazaxıstan Respublikası Kənd Təsərrüfat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni məhsul olan taxıl və unun Azərbaycana tədarükü 120 dəfə - 6 min tondan 723 min tona qədər artıb.

 

Qeyd edilir ki, Qazaxıstanın taxıl tədarükçüləri Azərbaycan, Gürcüstan və Türkiyəyə son 5 il ərzində dayandırılan ixracı bərpa ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?