Modern.az

Narkotikə aludə olan MƏŞHURLAR - MARAQLI

Narkotikə aludə olan MƏŞHURLAR - MARAQLI

28 Fevral 2014, 22:45

İnsanları “ağ ölüm”ə aparan narkomaniya bütün dövrlərdə həyat və cəmiyyət üçün ən böyük təhlükə sayılıb. Təəsüflər olsun ki, saysız-hesabsız insanların həyatına son qoyan narkomanlıq, ona aludə olanların sayı günü-gündən artır. İnsanın kimliyindən, sosial mənşəyindən, maddi durumundan, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq narkomaniya onu çox asanlıqla öz ağuşuna ala bilir. Hətta bir çox tanınmış məşhurlar da narkotik vasitələrdən asılı vəziyyətə düşüb.

Modern.az saytı narkotikə aludə olan məşhurlar haqda yazını təıqdim edir.


Almaniyanın reyxskansleri, dünya iddialı Adolf Hitlerin narkotik asılılığı olub. 3-cü Reyx morfin, kodein, ömrünün son bir neçə ilində isə metadondan istifadəyə üstünlük verib.


Böyük Britaniyanın baş naziri olmuş nəhəng siyasətçi Uinston Çörçil alkoqol içkilərə həvəs göstərməklə yanaşı, narkotik vasitə sayılan metamfetomindən istifadə edib.


Psixoanaliz elminin banisi avstriyalı nevroloqist Ziqmund Freyd kokainin dadına ilk dəfə 1884-cü ildə baxıb. Dahi psixoanalitik onun təsirindən heyrətlənib. Kokain onu depressiyadan xilas edib və özünəinamı gücləndirib. O zaman gənc alim kokaini astmanın, depressiyanın, nevrozun dərmanı kimi istifadəsini məsləhət görüb. Freyd kokainin xassələri haqda məqalələr də yazıb. Sonralar yaxın dostu Ernst fon Flyayşl kokaindən öləndən sonra o, fikrindən daşınıb. Freydə kokaindən xilas olması üçün uzun zaman lazım olub.


Kinoaktrisa, müğənni və model, 20-ci əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biri Merilin Monro narkotik vasitə əvəzinə böyük dozalarda barbiturat dərmanları qəbul edib.


Boks üzrə dünya çempionu Mayk Tayson da narkotik vasitələrin aludəçisi olub. Hətta ona Arizona ştatı məhkəməsi tərəfindən 24 saat azadlıqdan məhrumetmə və 3 illik şərti cəza verilib. Buna səbəb isə keçmiş çempionunun narkotik vasitədən istifadəsi və sərxoş vəziyyətdə avtomobil idarə etməsi olub.


Narkotik vasitələr populyar ifaçı, şair, aktyor, milyonların sevimlisi Vladimir Vısotskinin həyatına da daxil olub. Vladimir Vısotski artıq 1976-cı ildə heroindən istifadə etməyə başlayıb.


Məşhur rus şairi və dramaturqu Vladimir Mayakovskinin yaxın dostları alkoqollu içkilərə üstünlük versələr də onun spirtli içkilərə meyli olmayıb. Şair öz “ilham”ını kokaindən alıb.


Qalmaqallı Hollivud ulduzu Lindsey Loxan artıq neçə illərdir ki, narkotik vasitələrin əsirinə çevrilib. O buna görə məhbus həyatı da yaşayıb. Lindsey kokaindən istifadə edir və narkotik vasitələrdən istifadə etdikdən sonra alkoqollu içkilər qəbul edir.


Narkotik vasitələrdən istifadə tanınmış rus müğənnisi Lolitanın ailəsinin dağılmasına səbəb olub. Həyat yoldaşı Aleksandr Zarubin bunun qarşısını almaq istəsə də heç nəyə nail ola bilməyib. Lolita kokaindən istifadə edir.


20-ci əsrin tanınmış bəstəkarlarından biri olan, “Cazın qara knyazı” adını daşıyan Maylz Devis də narkomaniyaya qurşanıb. Müsiqiçi kokain istifadəçisi olub.


Tanınmış türk aktyoru, “Yaprak dökümü” serialında Şevket obrazını yaradan Caner Kurtaran kokaindən istifadə etdiyinə görə həm sənətində, həm də səhhətində problemlər yaşayıb.


Sevimli türk müğənnisi Yıldız Tilbe də narkotik vasitələrin aludəçisi olub. O hətta buna görə həbs olunub. Müğənni bu bəladan xilas olmaq üçün müalicəsinə kifayər qədər məbləğ də sərf edib.

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi