Modern.az

Hərbçilərimiz Gürcüstanda təlimlərdə iştirak edirlər

Hərbçilərimiz Gürcüstanda təlimlərdə iştirak edirlər

Aktual

5 Avqust 2025, 09:38

Gürcüstanda keçirilən çoxmillətli “Agile Spirit” hərbi təlimi davam edir.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri təlimlərdə müşahidəçi qismində iştirak edirlər.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, beynəlxalq təlimə ölkənin Qərb Müdafiə Qüvvələrinin komandanı briqada generalı Koba Qriqoliya və ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi polkovnik Uilyam Koks birgə rəhbərlik edirlər.

“Agile Spirit 2025” regionun iki ölkəsində - Gürcüstan və Türkiyədə keçirilir ki, bu da regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat