Modern.az

Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək

Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək

Təhsil

1 Mart 2014, 13:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, martın 2-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz, dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da martın 2-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq rayonlarında hava çiskinli olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti olacağı proqnozlaşdırılır.

Mülayim hava şəraiti ölkə ərazisində martın 3-də də davam edəcək.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır