Modern.az

Qarabağ fotolarda: Lütfi Zadənin tələbəsi, Qatır Məmməd, Ağdam qəbristanlığı - LAYİHƏ

Qarabağ fotolarda: Lütfi Zadənin tələbəsi, Qatır Məmməd, Ağdam qəbristanlığı - LAYİHƏ

1 Mart 2014, 15:40

Modern.az saytı yeni “Qarabağ fotolarda” adlı yeni layihəsini təqdim edir. Bu layihədə Qarabağda müxtəlif vaxtlarda çəkilən fotolar və bu fotolarda əks olunan məşhur şəxsiyyətlər haqda məlumat veriləcək.

İlk təqdim edəcəyimiz fotoşəkil isə Azərbaycanın qanlı tarixindən xəbər verir.

1992-ci il fevralın sonu... Xocalı faciəsindən bir neçə gün keçir. Ağdamın döyüşkən oğlanlarından olan Qatır Məmməd ləqəbli Yaqub Rzayevin oğlu Canpolad Rzayev tankda faciəvi şəkildə dünyasını dəyişib. O, tankla azərbaycanlı əsirləri xilas etmək üçün erməni “BTR”ni izləyərkən açılan atəş nəticəsində tankın içindəcə yandı. Ölümündən sonra Canpolad Rzayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilir.

Həmin vaxt Azərbaycan elminin simalarında olan professor Rafiq Əliyev və alim-şair Famil Mehdi həm Qarabağ döyüşçülərinə baş çəkmək, həm də Qatır Məmmədə başsağlığı vermək üçün Ağdama yollanırlar. Əvvəlcə, hüzr yerinə gedir, ordan isə könüllülərin batalyonuna yol alırlar.

Şəkil də həmin batalyonun yerləşdiyi Ağdamın Qarağacı qəbiristanlığının yaxınlığında çəkilib.  Professor Rafiq Əliyev həmin fotonun tarixçəsini bu cür xatırlayır:

“1980-ci illərin axırlarından sonra təxminən hər ay gedib əsgərlərlə görüşərdik. Fred Asifin, Şirin Mirzəyevin, Qatır Məmmədin batalyonlarında olardıq. O şəkil də səhv eləmirəmsə, 27 fevral tarixində çəkilib. Yəni Xocalı soyqırımından bir gün sonra idi. Orada yaxşı döyüşçülərdən olan və Qatır Məmməd kimi tanınan Yaqub Rzayevin oğlu rəhmətə getmişdi. Həmin yerin adını da sizə deyə bilərəm. Ora  Ağdamın Qarağacı qəbiristanlığı adlanan yerdir. Ağdamın ən böyük qəbiristanlığıdır. Qəbiristanlığın aşağısında onların batalyonu yerləşirdi. Şəkli də orada çəkdirmişdik. Şəkildə görünən hündür adamın adı Baxşeyiş idi. Yaqubun özü də çox cəsur bir adam idi. Təsəvvür edin ki, onun oğlu tankın için də öldü“.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir