Modern.az

İranda qatar relsdən çıxdı - 30 nəfər yaralandı

İranda qatar relsdən çıxdı - 30 nəfər yaralandı

Aktual

8 Avqust 2025, 12:55

İranda Tehran-Kerman reysi üzrə hərəkət edən qatar relsdən çıxaraq aşıb.

Modern.az İran mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 30 nəfər xəsarət alıb, ölən yoxdur.

Məlumata görə, qatarda 450 sərnişin olub.

Hadisənin səbəbləri araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?