Modern.az

"Hizbullah"ın xüsusi təyinatlılarının komandiri məhv edildi

"Hizbullah"ın xüsusi təyinatlılarının komandiri məhv edildi

Dünya

9 Avqust 2025, 19:54

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda Aytarun-Aynata magistral yolu ilə hərəkət edən avtomobili atəşə tutub. Nəticədə "Hizbullah" hərəkatının silahlı qanadının üzvlərindən biri həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Sky News Arabia" Livan təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, ölən Hadi Əli Xanəfir Radvan xüsusi təyinatlıların komandiri olub. Qeyd olunub ki, əvvəllər ona bir neçə sui-qəsd cəhdi edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!