Modern.az

Türkiyədə meşə yanğınları - Əhali təxliyə edilir

Türkiyədə meşə yanğınları - Əhali təxliyə edilir

Dünya

10 Avqust 2025, 13:42

Türkiyənin Sinop bölgəsində Durağan rayonunda dünən başlayan meşə yanğını davam edir.

 

Modern.az xəbər verir ki, yanğını söndürmək üçün helikopterlər bu səhər erkən saatlarda yenidən işə başlayıb. 100 evdən ibarət Köklen kəndi ehtiyat tədbiri olaraq təxliyə edilib.

 

Yanğına yaxın ərazidəki çaydan su götürən helikopterlər söndürmə işlərini intensiv şəkildə davam etdirirlər.

 

Ekipajların fasiləsiz müdaxiləsinin davam etdiyi kənddə Türk Qızıl Aypara Cəmiyyəti də yanğında iştirak edənlərə iaşə xidməti göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir